“Oğluna internet yükləmədiyimizə görə, zəhərləndiyini deyib” – Emmaya cavab
Müğənni Elmira (Emma) Ələkbərzadənin “Riviera” restoranında balıqdan zəhərlənməsi barədə iddiasına qarşı tərəf münasibət bildirib.
“Riviera” restoranından bildirilib ki, müğənni olmayan hadisəni xəbərə çevirməklə restoranın imicinə kölgə salmağa cəhd edib:
Elmira xanım orada olmayan oğlunun istəyini yerinə yetirə bilmədiyindən pərişan olduğunu anlayışla qarşılayırıq. Bir ana kimi narahat olduğunu, restoranımızın əməkdaşlarının onun tələbini icra etmədiyindən, guya, “zəhərlənməsinə” dair sosial şəbəkədə məlumat yaymasını qadın emosionallığı kimi qəbul edirik. “Zəhərlənmə”nin təsdiqi üçün ən azı müvafiq həkim rəyi olmalıdır ki, belə bir rəyin olmadığı da mübahisəsizdir.
Həmin gün “Riviera”da Elmira xanımın yediyi salatdan digər masalarda olan onlarla müştəri də yeyib və heç kəsdən irad, narazılıq, şikayət daxil olmayıb. Yanlış məlumatı xanım müğənninin duyğusallığı kimi dəyərləndirərək, ondan hər hansı tələbimiz yoxdur”.(Qafqazinfo)