Aparıcı da söyüşə görə işdən çıxarıldı
1918
"Space" kanalında yayımlanan "Hər səhər" verilişində yaşanan qalmaqal bir çox əməkdaşın işdən uzaqlaşdırılmasına səbəb olub.
Mediapress.az axşam.az-a istinadən bildirir ki, əməkdar artist Rəşad İlyasov və müğənni Rüfət Axundovun qonaq olduğu proqramda qalmaqallı hadisə yaşanmışdı. Belə ki, Rüfət fonoqramla mahnı oxuyarkən, aparıcıya əxlaqsız ifadələr işlədib, səs rejissoru isə mikrofonları bağlamağı unutduğu üçün səs efirə gedib. Ötən gün səs rejissoru Etibar Mustafayev işdən uzaqlaşdırılıb.
Bu gün isə verilişin aparıcısı Anar Vaqifoğlu efirə buraxılmayıb. Onun əvəzinə verilişi əməkdar artist Çingiz Əhmədov aparıb.
Qeyd edək ki, MTRŞ kanalın İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 5-8 min manat cərimə olunması ilə bağlı kanal rəhbərliyinin iştirakı ilə protokol tərtib edib, iş məhkəməyə göndərilib.
Xatırladaq ki, Anar, eyni zamanda, "Space" radioda "Yanar saat" verilişinin aparıcısıdır.