\
23 Noyabr 2024 - Şənbə

"Sizinlə qanun çərçivəsində görüşəcəm!" - Təranə Səmədova

"Sizinlə qanun çərçivəsində görüşəcəm!" - Təranə Səmədova
1906baxış

Mediapress.az xəbər verir ki, Tanınmış prodüsser Təranə Səmədova azadlığa çıxar-çıxmaz ailəsi ilə fotosunu İnstaqram səhifəsində paylaşıb. O, bəzi dostlarına ismarıc yollamağı da unutmayıb:

"Salamlar. Əslində deyiləcək sözüm bəlkə də çoxdur. Amma bu müddət mənə daha çox susmağı öyrətdi. Ona görə də qısaca olaraq, öz ailəmə, sevdiyimə və müəyyən insanlara bu müddət ərzində məni tək buraxmadıqlarına görə çox təşəkkür edirəm. Bir də bu müddət mənə bir şeyi də anlatdı. Dostu düşməndən ayırmağı. Bildim həqiqiq dostlarım kimlər imiş, özünü dost kimi qələmə verib əslində saxtakarlıq edənlər kimlər imiş. Allah çox böyükdür. Heç vat heç kimə pislik arzulamamışam. Amma elə burdanca həmin saxta dostlara deyirəm, boş-boşuna özünüzü yorub məni axtarmayın. 

P.S. Bir şeyi də qeyd edirəm, istər öz səhifəmdə, istərsə də başqa səhifədə haqqımda xoşagəlməz şərhlər yazanlar, sizinlə qanun çərçivəsində görüşəcəm!"

Günel Ayxan