"KVN"-şiklər məmurları ələ saldılar - VİDEO - "32 milyon nədir ki?"
Əməkdar artistlər Bəhram Bağırzadə və Tahir İmanov yeni çəkdikləri video ilə diqqət çəkib.
Musavat.com xəbər verir ki, Bağırzadənin İnstaqramda yerləşdirdiyi videoda aktyorlar məmurları ələ salıblar.
T.İmanov vəzifədən çıxarılan məmur obrazını canlandırıb: "Oğlum, 27 il, 8 ay, 25 gün, 4 saat vəzifədə işləmişəm. Nə az, nə çox. Dünyanın heç bir yerində belə şey olmayıb. Heç nədən məni bayıra tulladılar. Səbəb isə 32 milyon oğurlamağımdır. 32 milyon nədir ki? Camaat 70-100 milyon oğurlayır. Camaat var, oğurlayır, oğurlayır, oğurlayır. Mən cəmi 32 milyon oğurladım. Özü də dollarla. Götürdülər, tulladılar bayıra".
Qeyd edək ki, “Bakılı oğlanlar” daha öncə Nazpəri Dostəliyeva və milli komandamızı ələ salmışdılar. (Musavat)