\
23 Noyabr 2024 - Şənbə

Türk futbolçu Bakıda faciəvi şəkildə öldü

Türk futbolçu Bakıda faciəvi şəkildə öldü
1854baxış
"Bakı" futbol komandasının keçmiş qapıçısı Mustafa Kamal Söyləməz faciəvi şəkildə vəfat edib.
 
32 yaşlı seyver Bakının Yasamal rayonunda kirayədə qaldığı mənzildə dəm qazından boğularaq ölüb.
 
Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsinə aparılıb.
 
İlkin araşdırmalar zamanı məlum olub ki, Azərbaycan vətəndaşı olan türk otaqda qaz sobasının sönməsi nəticəsində boğularaq ölüb. Qeyd edək ki, futbolçu hadisə vaxtı evdə tək olub.
 
Faktla bağlı Yasamal rayon prokurorluğunda araşdırmalara başlanılıb. Dünyasını dəyişən Söyləməz Mustafa Kamalın meyiti basdırılmaq üçün Türkiyə Respublikasına göndəriləcək (azxeber)