\
23 Noyabr 2024 - Şənbə

“Fənərbaxça”-“Beşiktaş” cavab görüşü yarımçıq dayandırılıb

“Fənərbaxça”-“Beşiktaş” cavab görüşü yarımçıq dayandırılıb
1750baxış

Türkiyə Kubokunun yarımfinal mərhələsi çərçivəsində “Fənərbaxça” ilə “Beşiktaş” arasında keçirilən cavab görüşü yarımçıq dayandırılıb.Mediapress.az Türkiyə mətbuatina istinadən verdiyi məlumatına görə, buna səbəb azarkeşlərin meydana kənar əşyalar atması olub.İlk dəqiqələrdən aqressiv davranışları ilə diqqət çəkən fanatlar durmadan meydana kənar əşyalar atıblar. 57-ci dəqiqədə isə hədəfdə “Beşiktaş”ın ehtiyat oyunçular skamyası olub. Nəticədə başından xəsarət alan “ağ-qaralar”ın baş məşqçisi Şenol Günəş meydançanı tərk edib. Başı yarılan Günəşə dərhal ilkin tibbi yardım göstərilib və başına 5 tikiş qoyulub.Oyunu yarımçıq dayandıran baş hakim Mete Kalkavan bir müddət köməkçiləri ilə birlikdə baş verənləri seyr edib. Lakin çox keçmədən referilər və futbolçular da koridorun yolunu tutublar. Ancaq paltardəyişmə otağına yollanan oyunçular stadionun tunelində əlbəyaxa həddinə gəliblər. 57-ci dəqiqədə hesab 0:0 olarkən Mete Kalkavan qarşılaşmanı təxirə salıb.Qeyd edək ki, “Beşiktaş”ın müdafiəçisi Pepe görüşün 30-cu dəqiqəsində kobud hərəkətə görə qırmızı vərəqə almışdı. Komandalar arasında baş tutan ilk qarşılaşmada 2:2 hesablı bərabərlik qeydə alınıb.(apa)