Peşəkar Futbol Liqasının prezidentinin 55 illiyidir - TƏBRİK EDİRİK!
Azərbaycan Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin 55 illiyidir. Bu münasibətlə liqanın kollektivi adından Ramin müəllimi təbrik edirik. Ona işlərində uğurlar, həyatda sağlamlıq və firavanlıq arzulayırıq. Qoy hər günü uğurlu anlarla, hər ayı xoş sədalarla, hər ili xoş əhval-ruhiyyə ilə başlasın. Böyük ailəsi olan Azərbaycan futbolçuları isə həmişə bundan qürur duysun.
P.S. Musayev Ramin Namaz oğlu 1963-cü il 26 aprel tarixində Gürcüstanın Bolnisi rayonunda anadan olub. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib. Uzun müddət Azərbaycanın hüquq-mühafizə sistemində calışıb, sonradan Neftçinin vitse-prezidenti işləyib. 2008-ci ildən Peşəkar Futbol Liqasının prezidentidir.
Xatırladaq ki, AzPFL — AFFA nəzdində fəaliyyət göstərib, Futbol üzrə Azərbaycan çempionatı, Azərbaycan Kuboku, Azərbaycan Kuboku, Azərbaycan Birinci Divizionu və Azərbaycan Milli Futbol Superkubokuna nəzarət edən dövlət qurumudur.
Qurum 13 iyun 2008-ci ildə AFFA-nın inzibati binasında keçirilmiş iclas zamanı AFFA prezidenti Rövnəq Abdullayev tərəfindən yaradılıb.
Mediapress.az kollektivi