\
23 Noyabr 2024 - Şənbə

İranda 5 qadın kişi cildində futbola getdi - EKSKLÜZİV - FOTOLAR

İranda 5 qadın kişi cildində futbola getdi - EKSKLÜZİV - FOTOLAR
1910baxış

Cümə günü Tehranın Azadi stadionunda növbəti  həlledici oyun keçirilirdi.  Perspolis - Sepid Rude Raşt komandaları arasındakı oyuna maraq yüksək olduğundan hər kəs stadiona can atırdı. Lakin yerli qanunvericiliyə görə qadınların azarkeş qismində stadionlara girişi qadağan olduğu üçün 5 iranlı rəfiqə fərqli bir yola əl atmalı olub.  

Mediapress.az-ın iranlı şahidlərin açıqlamalarına istinadən yaydığı xəbərə görə, 5 qadın matçdan qabaq qrim studiyalarının birinə gedərək zahirən dəyişib. Daha doğrusu, kişi görkəmi alıblar. Onlar stadionun girişindəki “facecontrol”  (sifət görünüşünün yoxlanılması) maneələrindən rahatlıqla keçərək matçı izləyə biliblər.

Oyundan  sonra qadınlar həmin günün qəribə xatirəsini İnstaqram səhifələrində paylaşıblar.

Günel Ağayeva