СAR-da futbolçu ildırım vurmasından ölüb
1780
Сənubi Afrika Respublikasında “Marutsburq Yunayted” futbol klubunun hücumçusu Luanda Ntsxanqase ildırım vurmasından iki ay sonra xəstəxanada keçinib.
Bu barədə klubun “Facebok”dakı rəsmi səhifəsində bildirilir.
Məlumata görə, insident martın 1-də yoldaşlıq matçı zamanı qeydə alınıb. İldırım vurmasından sonra L. Ntsxanqase xəstəxanaya yerləşdirilərək süni komaya salınmışdı. Həkimlərin səylərinə baxmayaraq, 21 yaşlı futbolçunun həyatını xilas etmək mümkün olmayıb. İldırım vurması nəticəsində zədələr alan daha iki futbolçunun sağ qaldığı bildirilir.