\
23 Noyabr 2024 - Şənbə

Arda Turan 16 matçlıq tarixi cəzadan yalnız bir şərtlə qurtula bilər

Arda Turan 16 matçlıq tarixi cəzadan yalnız bir şərtlə qurtula bilər
1748baxış

Super Liqa çərçivəsində keçirilən matçda yan xətt hakimini itələdiyi üçün 16 matçlıq cəza alan “Başakşəhər”in futbolçusu Arda Turan bu cəzadan yalnız bir şərtlə qurtula bilər.

Mediapress.az xəbər verir ki, Arda Turan yay mövsümündə də davam edən 9 liqadan birinə transfer olunsa, orada 16 matçlıq cəzasını çəkib, yenidən komandasının formasını tərlədə bilər.

Bəzi dünya liqaları artıq başa çatsa da, bəziləri yay boyunca davam edir. Bu liqalar aşağıdakılardır:

İsveç, Norveç, Finlandiya, Amerika, Braziliya, Çin, Belarus, Avstraliya, Yeni Zellandiya liqası.

Qeyd edək ki, FİFA bu tərz hadisələrdə 4 matçdan çox cəza alan oyunçuların cəzasını hansısa liqaya transfer edilməsinə rəğmən, keçərli hesab edir. Yəni Arda Turan “Başakşəhər”dən ayrılsa belə, getdiyi hər bir komandada bu cəzanı çəkmək məcburiyyətində qalacaq. Cəzadan qurtulmağın tək çarəsi isə FİFA-ya üzv olan ölkənin liqasına yayda transfer olmaqdır.

Mediapress.az