\
23 Noyabr 2024 - Şənbə

İvan Yuriç üçüncü dəfə İtaliya klubunun baş məşqçisi olub

İvan Yuriç üçüncü dəfə İtaliya klubunun baş məşqçisi olub
1730baxış

İtaliyanın "Cenoa" klubunda baş məşqçi dəyişikliyi olub.

"Report" klubun saytına istinadən xəbər verir ki, komanda Davide Ballardini ilə yollarını ayırıb. Bu postda onun yerinə xorvatiyalı İvan Yuriç təyin olunub. Onunla razılaşmanın detalları hələ ki, bəlli deyil.

Qeyd edək ki, "Cenoa" İtaliya A Seriyasında 12 xalla 12-ci pillədədir. İvan Yuriç artıq üçüncüI dəfə bu komandaya baş məşqçi təyin olunur. O, 2017-ci ildə iki dəfə bu komandadakı vəzifəsindən qovulub.