Olimpiadada hamı bu hədiyyəni alacaq, iranlılardan başqa
1676
Cənubi Koreyanın Pxençan şəhərində keçiriləcək XXIII Qış Olimpiya Oyunlarının təşkilatçıları İran nümayəndə heyətinin üzvlərinə “Samsunq” smartfonunu verməyəcək.
Olimpiyadanın sponsorlarından biri olan “Samsunq Elektroniks” Olimpiadada iştirak edən 4000 idmançı və Beynəlxalq Olimpiya Komitəsinin hər bir üzvünə pulsuz “Galaxy Note 8 Olympic Edition” təqdim edəcək. Lakin 4 iranlı idmançı bu smartfonu ala bilməyəcək, çünki bu, BMT Təhlükəsizlik Şurasının qətnaməsini poza bilər.
Belə ki, BMT həm mülki, həm də hərbi məqsədlər üçün İrana dəbdəbəli malların çatdırılmasını qadağan edir. (axar)