\
23 Noyabr 2024 - Şənbə

Rinqə hicabsız çıxan iranlı idmançını həbs gözləyir

Rinqə hicabsız çıxan iranlı idmançını həbs gözləyir
1798baxış

 

İran hökuməti qadın döyüşçü Sədəf Hademin həbsi haqda qərar çıxarıb.
 
"Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Beynəlxalq boks yarışında qələbə qazanan ilk iranlı qadın olan Sədəf rinqə hicabsız və idman geyimində çıxdığı üçün həbs olunacaq. İran qanunlarına əsasən, Sədəf rinqə başı bağlı və bədənini tamamilə örtən geyimdə çıxmalı imiş.
Bundan başqa, məşqçisinin kişi olması da daha bir qanun pozuntusu hesab edilir. Sədəf və məşqçisi Mahyar Monşipur vətənə qayıtmaqdan imtina ediblər və boks yarışında iştirak etdikləri Fransa hökumətindən sığınacaq istəyiblər.
  •