Polis Neymarın telefonunu müsadirə edərək, onu məhkəməyə çağırıb
Braziliya polisi təcavüzdə günahlanıdırılan milli komandanın və Fransa PSJ-sinin futbolçusu Neymarı məhkəməyə çağırıb və onun telefonunu müsadirə edib.
Bunun üçün polis Brazilya millisinin bazasında Neymarın məşqə gələrək, iyunun 7-də məhkəmədə ifadə verəcəyini təsdiqləyən sənədi imzalamasını 45 dəqiqə gözləyib. Braziliya Futbol Konfederasiyası 26 yaşlı futbolçunun növbəti həftə yoldaşlıq görüşündən sonra məhkəməyə gedib ifadə verməsinə dair razılığa gəlib. Polis həmçinin qadının gizli şəkillərini çəkməkdə şübhəli bilinən Neymarın telefonunu da müsadirə edib.
Qeyd edək ki, San-Pauluda bir qadın Neymarın ona təcavüz etdiyini bildirərək futbolçunu polisə şikayət edib. Şikayətçi hadisənin mayın 15-də Parisdəki otellərdən birində olduğunu bildirib. (report)