\
23 Noyabr 2024 - Şənbə

Hakim futbolçunu öldürdü, futbolçunun qohumları kəndi yandırdı

Hakim futbolçunu öldürdü, futbolçunun qohumları kəndi yandırdı
1697baxış
Malavidə "Billiat" və "Çilenqo" klubları arasında keçirilən oyunun solarında bir futbolçu ölüb, qarşılaşmanın hakimi isə bu cinayətə görə həbs edilib.
 
Qaynarinfo xəbər verir ki, matçda hakim Makkniqt Nyexeya "Billiat"ın oyunçuları arasında mübahisə yaranıb. Daha sonra olay böyüyüb və futbolçular hakimi döyməyə başlayıb. Makkniqt onların əlindən qaçaraq bir evə sığınıb. Lakin futbolçular əl çəkməyib və ardınca gediblər. "Billiat" futbolçularından birinin meyiti hakimin gizlənməyə çalışdığı evin yaxınlığından tapılıb. Polis Makkniqtin futbolçuya taxta parçası ilə hücum edərək öldürdüyündən şübhələndiyi üçün onu həbs edib.
 
Ölən futbolçunun yaxınları və "Billiat" azarkeşləri olayı öyrəndikdən sonra hakimin yaşadığı kəndə hücum edərək evləri yandırıblar, bütün heyvanları öldürüblər. Polis bu olaya qarışanlardan bəzilərini saxlayıb.