Yalançı tarix qurmaq istəyən separatçı xalq illər boyu bataqlıqda çabalayacaq! - FOTOLAR
İşğal altında olan illər ərzində həmin kənddəki qalanın başında üzündən zəhm yağan terrorçu xarakterli bir qadın heykəli “ucaldılıb”. Ermənilərin uydurmasına görə, guya bu qadına türk və azərbaycanlı kişilər (burda daha bir yalan – ya türk olmalı idi, ya da azərbaycanlı - K.A.) təcavüz etmək istəyib. Amma qadın “şərəfini” qorumaq üçün özünü dağdan aşağı atmaq istəyib. Bu zaman onun donu enli olduğundan paraşüt kimi açılıb. Lakin qadın xilas oluna bilməyib. Guya azərbaycanlı və türk kişilər dərhal dağdan aşağı enərək onu tutub öldürüblər. Və beləcə, “Qız Qalası” "yaranıb". Halbuki, heykəldə "qızdan" əsər-əlamət belə yoxdur. Qadın yaşlı, kolxozçu bir qadın obrazıdır.
Heykəlin yaxınlığında isə kiçik bir ev var, hansı ki, orda guya Tanrıya arzularını bildirirsən və dərhal da istəklərin "yerinə yetir".
Bu Qız Qalası üç mərtəbədən ibarətdir, hündürlüyü 30 metrə yaxındır. Guya Qarabağ Müharibəsinə aid “tarixi materiallar” da toplanaraq, buradakı kiçik muzeydə saxlanılır.
Onu da qeyd edək ki, heykəl qadının əlində xəncər də var. “Zavallı”, “təcavüzə uğramış”, “məsum”, “günahsız” qadın və xəncər... Elə bununla da məntiqsizlik və ermənilərin aşırı dərəcədəki daha bir yalanı özünü açıq-aşkar biruzə verir.
P.S. Bu separatçı ermənilərə bir daha anlatmaq lazımdır ki, Rusiya prezidenti Vladimir Putin də bəyan edib ki, “Dağlıq Qarabağ” adlanan ərazi, yəni keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi Azərbaycanın ayrılmaz hüquqi hissəsidir. Və gec-tez Xankəndi də, Xocalı da, Əsgəran da, Xocavənd də, Ağdərə də və onların ətrafındakı kəndlərə də Azərbaycan bayrağı sancılaraq həmin məntəqələrdə dövlətimizin yurisdiksiyası rəsmən bərpa ediləcək. Sadəcə, gözləyirik ki, orada qalan(özü də sovet dövründən bəri rəsmi sənədlə yaşamışlar və onların övladları) ermənilər sülh yoluyla qəti mövqelərini müəyyənləşdirsinlər: ya Azərbaycan vətəndaşlığını qəbul edib bayrağımız altında, bizim qanunlarımızla dinc yaşasınlar, yaxud çıxıb Ermənistana getsinlər… Bir sözlə, sadalanan şəhərlərimizlə yanaşı, Qarakənd də bizimdir… O qondarma nağılınızın rəmzi olan “Qız Qala”nız isə gec-tez yerlə-yeksan olunacaq! Başqasının torpağında yalançı tarix qurmaq istəyən bir separatçı xalq illər boyu bataqlıqda çabalayacaq.
Hazırladı: Könül Aypara