Haqqımızda
Mediapress.az saytı 04.04.2011-ci ildə xəbər portalı olaraq fəaliyyətə başlamışdır. 26.09.2017-ci il tarixindən etibarən fəaliyyətini tam yeni formatda - İnformasiya Agentliyi olaraq davam etdirir. Mediapress İnformasiya Agentliyinin tərkibində eyniadlı xəbər portalı, Media televiziya kanalı və Press analitik mərkəzi mövcuddur.
Mediapress İnformasiya Agentliyinin baş redaktoru Tərəqqi Medalının sahibi Qocayev Natiq Vəli oğludur (bədii təxəllüsü Natiq Qocaman)
Mediapress İnformasiya Agentliyinin fəaliyyət proqramı
Ümumi müddəalar:
1. Azərbaycan və dünya mediasında, eləcə də sosial şəbəkələrdə gündəm yaratmış, ictimai marağa səbəb olan məlumat və xəbərlərin operativ şəkildə tirajlanması (maraqlı xəbərlərin xülasəsi).
2. İctimai rezonansa səbəb olan məlumat və xəbərlərin müxtəlif rakurslardan araşdırılması, mütəxəssis rəyləri nəzərə alınmaqla yeni formatda təqdimatı (maraqlı xəbərlərin və analitik yazıların istehsalı).
3. Televiziya və radio verilişlərində, eləcə də sosial şəbəkələrdə diqqəti cəlb edən video-audio süjetlərin təhlili (yeni xəbər istehsalı).
4. Eksklüziv məlumatların operativ xəbərlərə, ictimai müzakirə obyektinə və analitik yazılara çevrilməsi (bizə məxsus olan məlumatın müxtəlif formatlarda təkrar istehsalı).
5. Geniş oxucu kütləsinin xəbər istehsalına, sosial şəbəkələrdə paylaşımına, ictimai müzakirələrə fəal şəkildə cəlb olunması (ictimai marağın artırılması, kütləviliyin təmin edilməsi və oxucularla səmimi, işgüzar əlaqələrin təşkili).
6. Özəl, dövlət və qeyri hökumət təşkilatlarının məlumatlarının, xəbərlərinin, press-relizlərinin tirajlanması.
Kreativlik :
7. Bu və ya digər məlumatın, xəbərin xammal şəklində bir neçə dəfə emal olunaraq, yeni xəbərlərə, analitik yazılara, debat mövzularına çevrilməsi.
8. Gündəmdə olan və ictimai maraq kəsb edən mövzuların daim izlənməsi və işıqlandırılması, yeni gündəm mövzularının yaradılması, həmçinin gündəmin istiqamətinin dəyişdirilməsi.
9. Oxucu kütləsinin xəbər istehsalı və istehlakı prosesinə aktiv şəkildə cəlb olunması.
Ehtimal olunan auditoriya:
10. Xəbər lentinin sürətlə dəyişdiyi müasir dövrdə oxucuları bu xəbərlərin yaranma mənbəyindən çox aktuallığı, məzmunu, sosial çəkisi və kütləviliyi maraqlandırır. Bu isə o deməkdir ki, maraqlı xəbərlərin eyni mənbədən təqdim olunması oxucuları çoxsaylı xəbərlər arasında məcburi seçim etməkdən, dolayısilə vaxt itkisindən azad edəcək. Deməli, yeni saytın düzgün təqdimatı onun kütləviliyinin qısa müddətdə artmasına xidmət edəcək.
11. Məlumat və xəbərlərin fərqli formatlarda geniş müzakirəyə çıxarılması, hərtərəfli təhlili mütəxəssislərin, sosial aktiv insanların, ictimai-siyasi xadimlərin və digər spesifik oxucu kateqoriyasının marağına səbəb olacaq.
12. Televiziya və radio proqramları, xəbər portalları, sosial şəbəkələrlə sıx əməkdaşlıq auditoriyanın miqyasının genişlənməsinə xidmət edəcək.
13. Oxucuların xəbər istehsalı və istehlakı prosesində fəal iştirakı, onların daim diqqətdə saxlanılması xəbərin keyfiyyətinin artırılmasını, operativliyini, ehtiyac meyarlarının təhlilini təmin edəcək. Digər tərəfdən, oxucu-redaksiya münasibətlərindəki səmimiyyət etibarlı əməkdaşlıq mühitinin formalaşmasına şərait yaradacaq.
Diqqətinizə görə təşəkkür edirik.