İftar süfrəsi üçün asan və fərqli reseptlər

Günün şorbası
Ərzaqlar:
Xəmir üçün:
1 litr su
1 çay qaşığı duz
1 stəkan su (otaq temperaturunda)
1 çay qaşığı duz
1 stəkan un
Şorba üçün:
2 qaşıq kərə yağı
1 xörək qaşığı zeytun yağı
2 xörək qaşığı un
1 xörək qaşığı tomat pastası
1 xörək qaşığı bibər pastası
1 çay qaşığı toz acı bibər
3 ədəd sümüklü toyuq budu
1,5 litr su
1 çay qaşığı duz
Üzəri üçün:
1 limon
Hazırlanması:
Şorba xəmirini hazırlamaq üçün böyük qazana 1 litr qaynar su töküb ocağı yandırın. İçinə 1 çay qaşığı duz əlavə edin. Ayrı bir qabda 1 stəkan suya 1 çay qaşığı duz əlavə edin. Sonra 1 stəkan unu yavaş-yavaş suya əlavə edərək, çəngəl ilə qarışdırın. Duru halda olan qarışığı sobaya qoyduğunuz qaynar suya yavaş-yavaş əlavə edin. Onu əlavə edərkən çəngəl ilə tez qarışdırmağı unutmayın ki, düyünlər əmələ gəlməsin. Xəmir qarışığı qaynayana qədər bişirməyə davam edin. Üzərində kiçik baloncuklar görməyə başlayanda ocağı söndürün. Böyük qabın dibini su ilə isladın və ocaqdan götürdüyünüz xəmiri içinə tökün. Bu xəmir otaq istiliyində qalsın. Sonra ən azı 4-5 saat soyuducuda soyumağa qoyun. Toyuq budlarına duz əlavə edib ocaqda 1,5 litr suda qaynadın. Hərtərəfli qaynadılmış toyuq ətini kiçik parçalara ayırın. Qalan suyu şorbada istifadə etmək üçün kənara qoyun. Şorba üçün böyük bir qazana 2 xörək qaşığı kərə yağı və 1 xörək qaşığı zeytun yağı əlavə edin. Yağ tam əriyəndən sonra unu əlavə edib 1-2 dəqiqə un qoxusu çıxana qədər qovurun. Un qovrulanda üzərinə 2 xörək qaşığı tomat pastası, 1 xörək qaşığı bibər pastası və 1 çay qaşığı toz acı bibər əlavə edib yenidən qovurun. Tomat pastası qovrulanda kənarda saxladığınız soyumuş toyuq bulyonunu əlavə edin və 5-6 dəqiqə qaynadın. Su qaynayandan sonra xırdalanmış toyuqları şorbaya əlavə edin, şorbanı toyuqlarla birlikdə daha 1-2 dəqiqə qaynadın və limonla birlikdə süfrəyə verin. İçərisinə soyuducuya qoyduğunuz xəmirdən də bir qaşıq tökün.
Badımcan qarışıqlı küftə
Ərzaqlar:
3 badımcan
2 yaşıl bibər
1 qırmızı bibər
1 bənövşəyi soğan
1 çimdik cəfəri
2 xörək qaşığı zeytun yağı
1 çay qaşığı sirkə
2 çay qaşığı duz
1 çay qaşığı qara bibər
Küftə üçün:
300 qram qiymə ət
1 ədəd qızardılmış soğan
1 yumurta
1 qəhvə fincanısuxarı
2 çay qaşığı duz
1 çay qaşığı qara bibər
3 xörək qaşığı yağ
Üzəri üçün:
2 qaşıq kərə yağı
1 çay qaşığı toz bibəri
Hazırlanması:
Badımcanları yuyub, sobada kabab kimi bişirin. Badımcanların qabığını soyun, içini bıçaqla əzin. Bibərləri xırda doğrayın və bir az yağda qızardın. Bibər, doğranmış soğan və incə doğranmış cəfəri əlavə edin. Zeytun yağı, sirkə və ədviyyat töküb qarışdırın. Küftə üçün bütün ərzaqları qarışdırıb yoğurun. Qoz böyüklüyündə parçalar kəsin və əllərinizlə hamarlayın. Əvvəlcədən isidilmiş yağda qızardın. Badımcanlı qarışığı boşqaba qoyub, üzərinə küftələri düzün. Kənarda yağı əridib, qırmızı bibəri tökün və küftənin üstünə səpin.
Kokoslu keks
Ərzaqlar:
Un – 2 st.
Duru yağ – 1 st.
Yumurta – 2 ədəd
Şəkər tozu – 2 x.q.
Pudinq – 1 qutu
Üzəri üçün:
Kokos
Hazırlanması:
Unu, duru yağı, yumurtaları qaba töküb, mikserlə qarışdırın. Sonra pudinqlə şəkər tozunu töküb qarışdırmağa davam edin. Bir qaba töküb, 180 dərəcə isidilmiş sobada 15 dəqiqə bişirin. Hazır olduqdan sonra üzərinə kokosu səpin.