\
2 Aprel 2025 - Çərşənbə

Bakı metrosunda eskalatoru dayandıran sərnişinlər

Bakı metrosunda eskalatoru dayandıran sərnişinlər
1603baxış

Bakı metropoliteninin stansiyalarında 2025-ci ilin ilk iki ayında sərnişinlər 534 dəfə eskalatorların dayanmasına səbəb olublar.

Bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.

Bildirilib ki, bunlardan 336-sı dayanma ehtiyacı olmadığı halda "STOP" açarının işə salınması nəticəsində baş verib.

Ehtiyatsız davranan 129 sərnişin eskalatorda yıxılıb, onlardan 7-si xəsarət alıb.

Sərnişinlərin əşyalarının eskalator elementlərinə ilişməsi nəticəsində isə 69 yıxılma halı qeydə alınıb.