Pakistanda yaraqlılar 450-dən çox sərnişini girov götürüblər

589baxış
Pakistanda yaraqlıların martın 11-də sərnişin qatarına hücumu nəticəsində 450-dən çox şəxs girov götürülüb, qatarın maşinisti yaralanıb.
Bu barədə “Report” “Daylimail”ə istinadən xəbər verir.
Hücum ölkənin cənub-qərbindəki Bəlucistan əyalətində baş verib.
"450-dən çox sərnişin silahlı şəxslər tərəfindən girov saxlanılır", - Kvettada dəmiryol idarəsinin yüksək vəzifəli məmuru Məhəmməd Kaşif bildirib.
Məlumata görə, qatar Kvettadan Xayber-Paxtunxva əyalətindəki Peşavara gedərkən atəşə tutulub.
Hücuma görə, silahlı separatçı "Bəlucistan Azadlıq Ordusu" qruplaşması məsuliyyəti öz üzərinə götürüb.
Əyalət hökumətinin nümayəndələri və dəmiryolçular girovların götürülməsi barədə məlumatı təsdiqləməyiblər.