\
2 Aprel 2025 - Çərşənbə

Simonyan sülh sazişi prosesi barədə: Dalana dirəndiyini düşünmürəm

Simonyan sülh sazişi prosesi barədə: Dalana dirəndiyini düşünmürəm
1598baxış

Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması prosesi dalana dirənməyib.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.

"Prosesin dalana dirəndiyini düşünmürəm. Ola bilsin ki, bizim saziş imzalamaq təklifimiz Azərbaycan tərəfi üçün bir qədər gözlənilməz olub", - o qeyd edib.

A.Simonyanın sözlərinə görə, hər iki ölkənin öz taleyini müstəqil həll etmək üçün kifayət qədər gücü var.