\
2 Aprel 2025 - Çərşənbə

KİV: Mixael Şumaxerin vəziyyəti ağırdır

KİV: Mixael Şumaxerin vəziyyəti ağırdır
1443baxış

"Formula 1" üzrə 7 qat dünya çempionu Mixael Şumaxerin son durumu açıqlanıb.

Bu barədə "Daily Mail" məlumat yayıb.

Onun vəziyyətinin çox ağır olduğu bildirilib.

Qeyd edək ki, Mixael Şumaxer 2013-cü ilin dekabrında Fransadakı dağ xizəkçilik trasında ağır kəllə-beyin travması alıb. O, beyninin hər iki yarımkürəsindən çoxsaylı xəsarət və qanaxma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Şumaxer 2014-cü ilin iyununda komadan çıxıb və bərpa mərkəzinə yerləşdirilib. Onun müalicəsi həmin ilin sentyabrından İsveçrədəki evində davam etdirilir.