\
12 Mart 2025 - Çərşənbə

Qubada vəzifəli şəxs müəlliməni xəstəxanalıq etdi

Qubada vəzifəli şəxs müəlliməni xəstəxanalıq etdi
589baxış

Qubada yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, hadisə bu gün səhər saatlarında qeydə alınıb.

Belə ki, Quba Rayon Mərkəzi Xəstəxanasının Pediatriya şöbəsinin müdiri Röya Bəhruz qızı Sultanova idarə etdiyi "Kia Sportage" markalı avtomobillə işə gedərkən, Əliqulu Nərimanov küçəsində yol keçmək istəyən 51 yaşlı fizika müəlliməsi Şəlalə Əli qızı Ağayevanı vurub.

Piyadanın bud sümüyü sındığına görə vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı Quba Rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırma aparılır.