\
18 Mart 2025 - Çərşənbə axşamı

Abşeronda qəza - Yük maşınları toqquşdu - Foto

Abşeronda qəza - Yük maşınları toqquşdu - Foto
1383baxış

Abşeronda yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, rayonun Məmmədli kəndində iki yük maşını toqquşub.

Qəza nəticəsində hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Ərazidə FHN-in xilasediciləri tərəfindən müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Hadisə yerindən görüntünü təqdim edirik: