\
2 Aprel 2025 - Çərşənbə

Biləsuvarda dörd uşaq atası özünü asdı

Biləsuvarda dörd uşaq atası özünü asdı
1444baxış

Biləsuvarda intihar hadisəsi olub.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Xırmandalı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1976-ci il təvəllüdlü Qabil Kazımov səhər saatlarında yaşadıqları evin həyətində olan yem anbarında özünü asıb.

Məlumata görə, onun 4 məktəbli övladı var.