\
2 Aprel 2025 - Çərşənbə

Millimizin yoldaşlıq matçına bu qədər bilet satıldı

Millimizin yoldaşlıq matçına bu qədər bilet satıldı
1599baxış

Azərbaycan – Belarus yığmalarının yoldaşlıq matçına satılan biletlərin sayı açıqlanıb.

Bu barədə “Qafqazinfo”ya AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli məlumat verib.

E.Məmmədli qeyd edib ki, 8900 azarkeş tutumuna malik “Bank Respublika Arena”da baş tutacaq görüşə indiyə qədər 2000 bilet satılıb.

Qeyd edək ki, Azərbaycan - Belarus matçına saat 21:45-də start veriləcək.