\
12 Mart 2025 - Çərşənbə

Prezidentdən Eldar İbrahimovla bağlı - SƏRƏNCAM

Prezidentdən Eldar İbrahimovla bağlı - SƏRƏNCAM
589baxış

Prezident İlham Əliyev millət vəkili Eldar İbrahimovla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Eldar Rza oğlu İbrahimov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, sabah E. İbrahimovun 80 yaşı tamam olur.