\
22 Noyabr 2024 - Cümə

I sinfə keçəl gedən ilk qız...

I sinfə keçəl gedən ilk qız...
1741baxış

"İl 1994. Atəşkəs yenicə elan olunub. Atamın yaraları hələ sağalmayıb. Andıra qalmış qəlpələr hələ tərk etməyib ayağını. Gecəni səhərə qədər sızıldayır. Və mən birinci sinifə gedəcəyəm qaçqın düşərgəsində. Başım isə keçəldir. Ayıbdır söyləməsi, bit düşmüşdü başıma. Anam baxdı neftlə falan təmizlənən şey deyi,l verdilər ülgücə. Məktəbə gedən günün gecəsi səhərə qədər ağladım ki, başımda tük yoxdu. Və hər halda birinci sinifə keçəl gedən ilk qız mənəm. Hamının başında ağ bant, mənim başım isə dümdüz səhra kimi. Həmin an dünyanın ən bədbəxt uşağı mənəm sandım. Adam balaca olanda dərdləri də balaca olur, məsum olur. Böyüdükcə dərdin də böyüyür və bir gün dərdinin əlində ya ölürsən, ya şikəst qalırsan."