”Nə xanımım, nə də ki qızım bilmir ki, o kloun, o insan mənəm “… - Turanə Tağızadə yazır…
“ Təbəssüm arxasında gizlənən göz yaşı tökəcək reallıq ”- Klounun bir günü
Onlar üzlərindəki mimikalarla insanları güldürməyi bacarmalıdır. Bu onların peşə borcudur… Qırmızı burun, makiyaj olunan sifət bir də parıltılı gözlər… Göstərdikləri təbəssümün arxasında isə göz yaşı axıdacaq səbəblər olur… ”
Klounlar… Məşğul olduqları peşəyə görə onlar müxtəlif səhnələrdə,məclislərdə, evlərdə insanları xüsusilə də uşaqları əyləndirirlər. Klounların qırmızı burnu, makiajlı üzləri və çıxardıqları məzəli səslər onları təbəssümlü olmağa məcbur edir. Əksəriyyəti də kişilər olur bu sənətin sahibləri… Klounları mən də məclislərdə çox görmüşəm… Məclislərin birində ad günü olan bir uşaq üçün kloun dəvət olunmuşdu… Həmişəki kimi səsli-küylü içəri girən kloun uşaqları əyləndirməyə başladı. Öz işini məharətlə bacarırdı… Çünki o bir saatdan sonra alacağı pulu vicdanla qazanmalı idi. Az keçmədi ki, uşaqlar ona tərəf möhkəm əşyalar atdılar. Kimi təpik vurur… Kimi burnunu qopartmağa, kimi parikini çıxarmağa cəhd edirdi… Ətrafdakı valideynlərdən isə heç danışmaq istəmirəm… Sanki belə də olmalıdır… Kloundu da əsas uşaqlar razı qalsın… Az keçmədi ki, tort kəsmək mərasimi başladı… Kloun isə cəld tərpənib yan otağa keçdi… Arxasınca mən də getdim… Çalışırdım mənim onu izləməyimi hiss etməsin… Başındakı pariki çıxardıb birinci gözünü sildi… Bu an onun mobil telefonuna zəng gəldi… Qızı idi . Bu dialoqa da qulaq asdım. “Ata, haradasan axı iki gündür yoxsan… – Qızım, bu gecə də ananı qucaqla yat. Ata işlə bağlı kənardadır. Sabah söz verirəm ki, evimizdə olacam. – Ata, hədiyyəmi aldın? – Yox, qızım sabah gedib birlikdə seçərik., gözəl qızım indi sağollaşaq sən yat.. Gecən xeyrə mənim mələyim.. Ananı incitmə…” Telefon danışığından sonra o sanki məni hiss elədi və geri döndü məni gördü… “Bu nə ədəbsizlikdir siz məni izləyirsiniz.. Qorxmayın mən oğru deyiləm” Bundan sonra ona cavab verdim ki, bəli etiraf edirəm ki, sizi izləyirəm. Həm də evə daxil olan birinci dəqiqədən… Gəlmişəmki o nadinc uşaqların valideynləri adından üzr istəyirəm.. Dedi ki, xeyr üzr niyə istəyirsiniz bu mənim işimdir. Xahiş edirəm pulumu verin mən gedim… Dediyi kimi elədim. Danışdım məclis sahibi ilə pulunu verdilər… Tələsik binanın blokuna qaçan klounu sonuna kimi izlədim… Balaca avtomobilinə minən o insan uzaqlaşdı binadan mən də ardınca getdim… Neftçilər metrosunun yanında dayandı.. Maşından düşüb bir siqaret yandırdı… Mən bu dəfə də onun məni necə qarşılayacağını düşünmədən yaxınlaşdım… Dedi ki, indi nəyə gəlmisiniz ? Dedim ki, niyə bu qədər qəmginsiniz ? Çox uzatdı danışmadı… Sonunda telefonunun ekranındakı qızının şəklini göstərdi və dedi… Mən ali təhsilliyəm… Aktyoram… Amma hər gün gəlirim olsun deyə klounluq edirəm… Etiraf etdi ki, hər bu cür məclisdən sonra bir neçə siqaret çəkir və rahatlaşmaq üçün ağlayır… Bu gün isə ağlamayacağını dedi… Çünki qızının istədiyi oyuncağı almaq üçün pulu tamamlamışdı… Söhbətimizin sonunda ona dedim ki, bəs evə niyə indi gedirsən ? Dedi ki, mən hər gün evdə oluram… Sadəcə o qədər gec gedirəm ki… qızım üzümü görmür…. Ona görə də elə bilir ki, başqa işdə işləyirəm… Hətta onların bağçasında da tədbirlərdə də pulsuz klounluq edirəm.. Nə xanımım, nə bağça müdirəsi nə də ki qızım bilmir ki, o kloun, o insan mənəm… Buna görə də həmin kloun adını gizli saxlamağı xahiş etdi…