Gənclər kimdən nümunə götürsün? - Turan Etibaroğlu yazır...
Avropada istər bağçada, istərsə də məktəbdə Bethoven, Motsart, Edif Piaf və digər böyük bəstəkar və müğənnilərin mahnılarına maraq yaratmağı əsas vəzifə bilirlər və həmin uşaqlara bunlar barədə sual verəndə belə daha ətraflı cavab almaq mümkündür.Çünki o insanalara əsas mədəniyyət zövqü lazımdı.Öz mədəniyyətini bilən hər kəs tərbiyəni təhsildə bilir.
Bəs bizdə necədir?
Bizdə isə təəssüf ki, gənclərin nümunə götürdükləri heç kim yoxdu.Əslində var sadəcə istifadə edə bilmirik.Bizim xalqın Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Arif Məlikov, Cahangir Cahangirov, Tofiq Quliyev, Rəşid Behbudov, Müslüm Maqomayev, Şövkət Ələkbərova,Sara Qədimova, Rübaba Muradova, Flora Kərimova kimi azman sənətkarları var amma biz bizim gənclik onların qədrini təəssüf ki bilmirik.Bu isə hər cəhətdən qəbul edilməz bir hadisədir!
Niyə bilmirik?
Orta məktəb şagirdləri bir yana dursun, yüksək ödənişli ali təhsil ocaqlarımızın bəzi tələbələri əksər hallarda yuxarıda sadaladığım şəxsiyyətlər barəsində məlumatları çox azdı.Təsəvvür edin ki, bir çox gənclər Üzeyir bəyi yalnız himnin bəstəkarı kimi tanıyırlar yalnız himnin bəstəkarı kimi. Bəs vəziyyətin bu həddə çatmasının günahı kimdədir? Niyə gənclərə öz dahi şəxsiyyətlərimizi yetərincə tanıda bilmirik?
Bütün günü efirdə ucuz, bəsit şouların göstərilməsinin, heç bir savadı və istedadı olmayan “Xalqın sevimlisi” Üzeyir Mehdizadələr, Damlalar, Şəbnəmlər, Ülviyyələrinin təbliğinin nəticəsidir.
Əgər Space kanalındakı “falçı bazarı”- yəni Bayram Nurluları efirə çıxarıb vur-çatlasın davalar salırsa, Xəzər tv , mənasız savadı olmayanları reytinq və pul naminə çıxarıb təbliğ edirsə,ATV mənasız proqrmalarla reytinq savaşına çıxırsa, Damla, Şəbnəm, Ülviyyə Namazova, Telli Borçalı... telekanallarımızın dəyişməz qəhrəmanları olursa, gənclər kimdən nümunə götürməlidir?
Buna səbəb kimdir?
Bu günün müasir və texnologiya dövrü olduğu üçün gənclər və yaşlı insanlar əsasən xəbərləri internet vasitəsi ilə xəbər saytlarına baxaraq öyrənirlər.Həmin xəbər saytları isə hər gün durmadan Bayram Nurlunun “Zərli üzünü”- “Südlü vannasını”- Şəbnəm Tovuzlunun “Hacısını” manşet qoyurlarsa gənclər nə öyrənsin?!
Bu günün isə ən bədbəxt vərdişi isə uşaqların və gənclərin "A Y E Jizn Voram" oxumasıdır.Təsəvvür edin bizim gənclik Nizamini, Füzuli, Nəsimini bilməkdənsə"A Y E Jizn Voram" və bunun kimi digər mahnıları əzbər bilib küçədə oxuyurlar.Baxın biz Azərbaycan gəncliyi hardan hara gəlib çıxdı.
Hərdən türk gəncliyinə baxıb həsəd aparıram onların musiqi duyumu bir yana Atatürkün 20 Oktyabr 1927-ci ildə yazıdığı "Atatürkün Gənclərə xitab"ını əzbərə bilməsidir.Biz isə M.Ə.Rəsulzadənin və ulu öndər Heydər Əliyevin biz gənclərə xitabların heç oxumuruq. Xalqımızın dahi şair və bəstəkarları, böyük müğənniləri bizə qiymətli xəzinə yadigar qoyublar amma biz o yadigar əsərlərə sahib çıxmırıq.Məhz bunun sayəsində ermənilər bizim xalq və bəstəkar mahnılarını özəlləşdirirlər.Bizim onsuzda torpaqımız düşmən işğalındadı, heç olmaya əsərləri qoruyaq çoxmu çətindi?
Biz gənclərimizə əsl sənət nümunələrini təbliğ etməliyik ki, həmin qiymətli miras gələcək nəsillərə də ötürülsün yoxsa daha pis bir gənclik dövrü olacaq buna əmin olun!
Təhlükə realdı?!...