Goranboyda kütləvi dava düşdü - Ölən və yaralananlar var
1746
Goranboyun Dəliməmmədli qəsəbəsində kütləvi dava olub. Dava zamanı bir nəfər qətlə yetirilib, bir neçə nəfər bıçaq xəsarəti alıb. Apa-nın qərb bürosunun xəbərinə görə, bıçaqla qətlə yetirilən şəxs Dəliməmmədli qəsəbə sakini 1996-cı il təvəllüdlü Zülfüqar Cəbrayılovdurd. Bıçaq xəsarətləri alanlardan birinin kimliyi bəlli olub. O, Dəliməmmədli qəsəbə sakini 1995-ci il təvəllüdlü Anar Hatəmidir. İnsident zamanı daha bir neçə nəfərin bıçaqlandığı bildirilir. Yaralılar Gəncədəki xəstəxanalara yerləşdiriliblər.
Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.