\
25 Noyabr 2024 - Bazar ertəsi

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidməti rəhbərinin oğluna hökm oxunub

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidməti rəhbərinin oğluna hökm oxunub
1638baxış

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Arif Rəhimovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Hakim Cavid Hüseynovun sədrlik etdiyi iclasda hökm oxunub.Hökmə əsasən, A. Rəhimov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Prokuror A. Rəhimovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. 

Qeyd edək ki, ötən il sentyabrın 7-də paytaxtın Səbail rayonunda iki nəfərin ölümü, üç nəfərin yaralanması ilə nəticələnən yol qəzası ilə bağlı başlanmış cinayət işi üzrə “Subaru” markalı avtomobilin sürücüsü Arif Rəhimov təqsirləndirilən şəxs qismində saxlanılıb. Onun barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.