\
24 Noyabr 2024 - Bazar günü

Oğurlanan pul tam həcmdə zərərçəkmişə qaytarılıb

Oğurlanan pul tam həcmdə zərərçəkmişə qaytarılıb
1774baxış

 

 


Paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində martın 20-də evlərdən birindən 63 min manat nağd pulun qeyri-aşkar şəraitdə oğurlanması ilə bağlı “102” xidməti - zəng mərkəzinə müraciət daxil olub.
Mediapress.az xəbər verir ki, Astara rayon sakini, 1986-cı il təvəllüdlü G.Həsənova kirayə yaşadığı evdən axşam saatlarında bibisi oğluna məxsus pulun naməlum şəraitdə oğurlanmasını bildirib. Bakı şəhər BPİ Mətbuat Xidmətindən verilən məlumata görə, daxil olan müraciət üzrə dərhal DİN Baş Cinayət-Axtarış İdarəsi, Bakı şəhər BPİ Cinayət-Axtarış İdarəsi, Xəzər RPİ Cinayət-Axtarış şöbəsi və 1-ci Polis Şöbəsi əməkdaşlarının “isti izlər”lə keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində, oğurluq əməlində şübhəli bilinən qəsəbə sakini, əvvəllər Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə məhkum olunan, 1985-ci il təvəllüdlü E.Nəcəfov müəyyən olunaraq tutulub. İlkin arşadırmalarla məlum olub ki, evdən 63000 yox, 55,500 manat pul oğurlanıb. Davam etdirilən intensiv əməliyyat-axtarış tədbirləri ilə oğurlanan vəsait tam həcmdə aşkarlanaraq olunaraq, zərərçəkmişə qaytarılması təmin olunub. Oğurluqda şübhəli bilinən şəxs G.Həsənovanın həyat yoldaşıdır.
Faktla bağlı, Xəzər RPİ İstintaq şöbəsində Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə cinayət işi başlayıb. Şübhəli şəxs ətrafında əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
 
 

 

 


 

Paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində martın 20-də evlərdən birindən 63 min manat nağd pulun qeyri-aşkar şəraitdə oğurlanması ilə bağlı “102” xidməti - zəng mərkəzinə müraciət daxil olub. Astara rayon sakini, 1986-cı il təvəllüdlü G.Həsənova kirayə yaşadığı evdən axşam saatlarında bibisi oğluna məxsus pulun naməlum şəraitdə oğurlanmasını bildirib. Bakı şəhər BPİ Mətbuat Xidmətindən verilən məlumata görə, daxil olan müraciət üzrə dərhal DİN Baş Cinayət-Axtarış İdarəsi, Bakı şəhər BPİ Cinayət-Axtarış İdarəsi, Xəzər RPİ Cinayət-Axtarış şöbəsi və 1-ci Polis Şöbəsi əməkdaşlarının “isti izlər”lə keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində, oğurluq əməlində şübhəli bilinən qəsəbə sakini, əvvəllər Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə məhkum olunan, 1985-ci il təvəllüdlü E.Nəcəfov müəyyən olunaraq tutulub. İlkin arşadırmalarla məlum olub ki, evdən 63000 yox, 55,500 manat pul oğurlanıb. Davam etdirilən intensiv əməliyyat-axtarış tədbirləri ilə oğurlanan vəsait tam həcmdə aşkarlanaraq olunaraq, zərərçəkmişə qaytarılması təmin olunub. Oğurluqda şübhəli bilinən şəxs G.Həsənovanın həyat yoldaşıdır. Faktla bağlı, Xəzər RPİ İstintaq şöbəsində Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə cinayət işi başlayıb. Şübhəli şəxs ətrafında əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.