\
24 Noyabr 2024 - Bazar günü

Astarada koronavirusla bağlı yalan məlumatlar yayan şəxs həbs olundu

Astarada koronavirusla bağlı yalan məlumatlar yayan şəxs həbs olundu
1861baxış
Astara rayonunda koronavirusla bağlı yalan məlumatlar yayan şəxs həbs olunub.
 
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara rayonunda bir nəfərin "WhatsApp” messenceri vasitəsilə ayır-ayrı şəxslərə koronavirus infeksiyası ilə bağlı dövlət qurumlarının rəsmi məlumatlarına istinad etmədən, reallığı əks etdirməyən və cəmiyyətdə çaşqınlıq yarada biləcək uydurma məlumatlar göndərdiyi müəyyən edilib.
 
Həyata keçirilmiş müvafiq tədbirlərlə həmin məlumatları yayan şəxsin rayonun Səncərədi kənd sakini Dunyamalı Məmmədov olması müəyyən edilib və o, Astara Rayon Polis Şöbəsinə (RPŞ) dəvət olunub.
 
Aparılmış araşdırmalarla D.Məmmədovun hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 388-1-ci (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi) maddəsində nəzərdə tutulmuş xətanın əlamətləri müəyyən edilib və o, inzibati qaydada həbs olunub.