\
24 Noyabr 2024 - Bazar günü

Sevgilisini yad kişilərlə yatağa saldı, sonra... - Azərbaycanda ŞOK OLAY

Sevgilisini yad kişilərlə yatağa saldı, sonra... - Azərbaycanda ŞOK OLAY
1130baxış

Bakıda quldurluq, hədə-qorxu yolu ilə pul tələb etməkdə ittiham olunan Mahir Babayev, onun həyat yoldaşı Səbinə Babayeva və Vüqar Məlikovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az-ın xəbərinə görə, Mahir Babayev, Səbinə Babayeva və Vüqar Məlikov (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) bir qrup şəxs halında, özgənin əmlakını ələ keçirmək barədə razılaşıblar.

Belə ki, Səbinə Babayeva müxtəlif vətəndaşları yaşadığı evə dəvət etmək, Mahir Babayev isə evə daxil olaraq həmin şəxslərin əmlaklarını ələ keçirib, sonra həmin əmlakları aralarında bölmək razılığı əldə edublər.

Metronun yanında tanış oldu, sonra evinə gətirdi

Bu məqsədlə Vüqar Məlikovun təşkilatıçılığı ilə aralarında rolları bölüşdürdükdən sonra Mahir Babayevlə qeyri-rəsmi nikahda olan Səbinə Babayeva 21 mart 2015-ci ildə “Xalqlar dostluğu” metrosunun yanına gəliblər.

Orada Səbinə Babayeva Vəli Bağırov ilə tanış olaraq özünü ona “Aytən” adı ilə təqdim edib, onu həmin gün saat 22.30-da Buzovna qəsəbəsi Albalılıq yaşayış sahəsində yerləşən fərdi yaşayış evinə dəvət edib.

Daha sonra Səbinə Babayeva Vəli Bağırov ilə həmin ünvana gəliblər. Sövdələşməyə görə onları qabaqcadan orada gözləyən Mahir Babayev silah qismində istifadə etdiyi bıçağı Vəli Bağırova nümayiş etdirib. Onun üzərinə səmtləndirərək, həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi ilə hədələməklə onu ayağından yumruqla vurub.

Daha sonra zorakılıq göstərərək Vəli Bağırovun 30 manatını və 120 manat dəyərində olan ”Samsung Galaxy Prime” markalı telefonu ələ keçirib. Bu hərəkətləri ilə zərərçəkmiş şəxsə cəmi 150 manat məbləğində ziyan vurublar.

Növbəti tanışlıq

Bundan başqa, dəstənin üzvü Səbinə Babayeva metronunu “Koroğlu” stansiyasının yaxınlığında Zaur Əhmədovla tanış olub. Sonra Zaur Əhmədovla cinsi əlaqədə olmaq üçün Buzovna qəsəbəsi Albalılıq yaşayış sahəsində yerləşən fərdi yaşayış evinə gəliblər.

Zaur Əhmədov Səbinə ilə yatağa girən zaman otaqda Mahir Babayev peyda olub. O, qadının əri olduğunu, onu özündə olan bıçaqla hədələyib.

Yataqda dava

Daha sonra Mahir Babayev Zaur Əhmədovu təpiklə vuraraq, ona müxtəlif dərəcəli bədən xəsarəti yetirib. Onun üzərində olan “Samsung Galaxy S4” markalı mobil telefonu ələ keçirib.

İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 181.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən quldurluq törətmək), 181.2.2-ci (təkrar quldurluq törətmək) və 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq törətmək) maddələri ilə ittiham elan edilib.

Cəzalar

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mahir Babayev 10 il 6 ay, Vüqar Məlikov 9 il 6 ay, Səbinə Babayeva isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar barələrində olan cəzaların yüngülləşdirilməsini xahiş ediblər.

Bakı Apelyasiya Məhkəməsinin cinayət kollügiyasının qərarı ilə təqsirləndirilən şəxslərin şikayətləri təmin olunmayıb. Bu qərardan narazı qalan təqsirləndirilən şəxslər Ali Məhkəməyə kasasiya şikayəti veriblər.

Onların kasasiya şikayətləri də təmin olunmayıb.