\
25 Noyabr 2024 - Bazar ertəsi

Azərbaycanın məşhur sanatoriyasında silahlı insident - Bir qadın öldü

Azərbaycanın məşhur sanatoriyasında silahlı insident - Bir qadın öldü
1650baxış
Naftalan rayonunda yerləşən sanatoriyada iş yoldaşı tərəfindən güllə yarası alan qadın yerləşdirildiyi xəstəxanada ölüb.
 
"Report"un Qərb bürosunun məlumatına görə, güllə yarası alan 1987-ci il təvəllüdlü Naftalan şəhər sakini İsayeva Günay Gəray qızı bu gün günorta saatlarında Goranboy Rayon Mərkəzi Xəstəxanasında həkimlərin göstərdiyi səylərə baxmayaraq, dünyasını dəyişib.
 
"Sehirli Naftalan" sanatoriyasında qeydiyyatçı işləyən G.İsayeva həmin müəssisənin Goranboy rayonunun Qızılhacılı qəsəbəsindən olan 1956-cı il təvəllüdlü sürücüsü Hüseynov Əli Hüseyn oğlu tərəfindən tüfənglə vurulub. Buna qadının sürücüyə müştəri verməməsi nəticəsində yaranmış mübahisə səbəb olub.
 
Faktla bağlı Naftalan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.