\
24 Noyabr 2024 - Bazar günü

Cəlilabadda evi atəşə tutan şəxs saxlanılıb

Cəlilabadda evi atəşə tutan şəxs saxlanılıb
1910baxış
Cəlilabad rayonunda bir neçə evdən pul və qızıl-zinət əşyaları oğurlayan şəxslər saxlanılıb. 
 
Rayonun Günəşli kənd sakini X.Kərimova aprelin 19-da Rayon Polis Şöbəsinə müraciət edərək, bir gün əvvəl saat  22 radələrində yaşadığı evə girmiş naməlum şəxsin evin divarına tüfəngdən atəş açaraq hadisə yerini tərk etməsini bildirib.
 
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq tədbirlər görülüb, hadisəni oğurluq məqsədilə törətməkdə şübhəli bilinənlər - Alar kənd sakinləri S.Hüseynov və əvvəllər məhkum olunmuş K.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.
 
K.Əliyevdən müvafiq sənədləri olmayan, nömrəsi silinmiş "İJ-16” markalı ov tüfəngi və narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
 
Ətraflarında aparılmış tədbirlərlə onların rayon ərazisindəki daha dörd evdən pul və qızıl-zinət əşyaları oğurlamaları, bir evdən isə oğurluğa cəhd göstərmələri də müəyyən edilib.