\
25 Noyabr 2024 - Bazar ertəsi

Kriminal avtoriteti "youtube"də təhqir edən şəxs Fransada jurnalist kimi mühacir oturumu alıbmış - TƏFƏRRÜAT

Kriminal avtoriteti "youtube"də təhqir edən şəxs Fransada jurnalist kimi mühacir oturumu alıbmış - TƏFƏRRÜAT
1711baxış
Bir müddət əvvəl "Lotu Quli” ləqəbli kiriminal avtoritet Nadir Səlifovu təhqir edən "Opasnı Roma” ləqəbli Rahim Şəkinski xəstəxanalıq olub.
 
 
Onun hansı səbəbdən vurulduğu dəqiq bilinməsə də, bunun "Lotu Quli”yə görə edildiyi istisna deyil. Hazırda Rahim Şəkinskinin komada olduğu deyilir. Maraqlısı odur ki, "Opasnı Roma" da özünü oğru aləminin nümayəndəsi kimi tanıdıb və rəqiblərinə sosial şəbəkə vasitəsilə atmacalar yollayırmış.
Məsələ ondan ibarətdir ki, Rəhim Şəkinski bir neçə il öncə Fransadan jurnalist kimi mühacir oturumu alıb. Fransa televiziyası da bu hadisəni "azərbaycanlı jurnalist güllələndi" başlığı ilə yayımlayıb.
 
Bu haqda məlumatı hazırda Avropada yaşayan jurnalist Orxan Məmməd sosial şəbəkədə yazıb.
 
Jurnalist Elçin Əlioğlu da bu məsələylə toxunub və həmin şəxsin jurnalist olmadığını deyib:  

Fransada Rahim Namazov adlı "siyasi mühacir"ə, "jurnalist"ə sui-qəsd olduğu, ona və həyat yoldaşına atəş açıldığı yazılır. Müxalifət düşərjgəsindəki soydaşlarımız bunu geniş müzakirə edirlər. Cənablar və xanımlar! Rahim Tofiq oğlu Namazov heç vaxt jurnalist olmayıb. Bir müddət "Əlillər" qəzetinin vəsiqəsini gəzdirmiş fırıldaqçı dələduz və fəraridir. Sonra Fransaya qaçmışdı, orada sığınacaq almaq üçün kimlərə söymədi, kimləri suçlamadı ki. Son üç həftədi "Lotu Quli"yə, yəni Nadir Səlifova "Roma Şəkinski" və "Opasnı Roma" kimi söyürdü. Həddən ağır söyüşlərin yer aldığı videoları da YouTube-da yayırdı. Bu adam özünü "lotu" sayırdı. Onun nə siyasi mücahirlərə, nə də jurnalistlərə heç bir aidiyyatı yoxdur.
 
Qeyd edək ki, Azərbaycandan Avropaya bu yolla gedən şəxslərin sayı çoxdur. Onlar jurnalist, siyasətçi, diplomat adı ilə saxta sənədlər düzəldir və bu yolla Avropadan sığınacaq alırlar. (azxeber)