Ukraynada 7 nəfər güllələnib
1129
Ukraynada kişi şəxsi münaqişə zəminində 7 nəfəri güllələyərək öldürüb.
“Report” xəbər verir ki, bunu “Facebook”da ölkənin daxili işlər nazirinin müavini Anton Geraşenko bildirib.
Hadisə Ukraynanın Jitomir vilayətində baş verib.
A.Geraşenkonun sözlərinə görə, kişi ov tüfəngi ilə öncə 2, daha sonra isə yatmış vəziyyətdə olan 6 nəfəri güllələyib. Həmin şəxslərdən 7 nəfər ölüb. Yalnız bir nəfər güllə səslərini eşidərək meşəyə qaça bilib və sağ qalıb.
Faktla bağlı araşdırma aparılır.