\
25 Noyabr 2024 - Bazar ertəsi

Həbsdəki bələdiyyə sədrinə yeni hökm oxundu

Həbsdəki bələdiyyə sədrinə yeni hökm oxundu
1665baxış

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən və hazırda həbsdə olan Abşeron rayon Məhəmmədi kənd bələdiyyəsinin sədri Vaqif Nəbiyevə cəza istənilib.

Mediapress.az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Əlövsət Abbasovun icraatında olan prosesdə dövlət ittihamçısı çıxış edərək V.Nəbiyevin 8 il müddətinə azadlıqdan məhrum edilib. 

İttihama görə, V.Nəbiyev bir neçə vətəndaşa müxtəlif vədlər verərək yüzminlərlə manat vəsaiti dələduzluq yolu ilə ələ keçirib. 

 

V.Nəbiyev bundan öncə də oxşar əmələ görə ittiham edilərək bu il fevralın 26-də 7 il müddətinə azadlıqdan məhrum edilib.