Biləsuvar sakini kafedə qətlə yetirildi
1819
Biləsuvar rayonunda qətl hadisəsi törədilib.
Hadisə gecə saatlarında şəhər ərazisində yerləşən kafelərdən birində qeydə alınıb.
İlkin məlumata görə, şəhər sakini, 1984-cü il təvəllüdlü Rzayev Rəşad Cəlil oğlu bıçaq zərbəsi ilə qətlə yetirilib.
Məlumata görə, bıçaq qarın boşluğuna nüfuz edib və R.Rzayev qanitirmədən yerindəcə keçinib.
Faktla bağlı araşdırmalar davam etdirilir. (report)