\
24 Noyabr 2024 - Bazar günü

Bakıda karantin rejimini pozan şəxslər barəsində cinayət işi başlandı

Bakıda karantin rejimini pozan şəxslər barəsində cinayət işi başlandı
1136baxış
Epidemiya əleyhinə rejimi pozan şəxslər barəsində cinayət işi başlanılıb.
 
Bakı şəhər sakinləri Qədirov Samid Tahir oğlu, Babalıyev Əflatun Ağaverdi oğlu və Qəmbərov Tufan Təvəkkül oğlu Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsi ilə təqsirli bilinir. 
 
Adıçəkilən şəxslər barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə təqdimat verilib.