Münaqişə qətllə nəticələndi
1920
Mediapress.az xəbər verir ki, Xətai rayonu, Sarayevo küçəsində yerləşən 13B nömrəli binanın 73 nömrəli mənzilində 1992-ci il təvəllüdlü Məmmədov Boran Səbuhi oğlunun meyiti aşkarlanıb.
İlkin istintaqla hadisənin qeyd olunan ünvanda kirayədə yaşayan 1984-cü il təvəllüdlü Kənan Abdurahmanov tərəfindən aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Kənan Abdurahmanov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.