Azərbaycanlı qadın "Youtube"nin baş ofisində intihar etdi../ - FOTOLAR
1692
Amerikada "Youtube"nin baş ofisində atışma və intihar hadisəsi baş verib.
Mediapress.az xəbər verir ki, Nasim Agdam adlı qadın ofisin yaxınlığında dayanaraq oraya atəş açıb, 3 nəfəri yaralayıb, sonra da özünü öldürüb.
Facebook və başqa sosial şəbəkələrdə Nasime Sabz adı ilə qeydiyyatda olan qadının heyvan haqlarını müdafiə edən aktivist olub.Onun bu hərəkəti etməsinə səbəb kimi "Youtube"nin onun hesabını bloka atması göstərilir.
San Brunoda yerləşən ofisə hücum edən qadın hadisə şahidlərinin dediyinə görə təxminən 20 dəfə atəş açıb.Qeyd edək ki, 39 yaşlı Nasim Ağdam hazırda aktiv olmayan Youtube hesabında özünü vegetarian cənubi azərbaycanlı və Veqanizmi irəli çəkən aktivist kimi təqdim edib.(milli.az)