\
25 Noyabr 2024 - Bazar ertəsi

2 qardaşı şantaj edib 9 min istədilər - DİN

2 qardaşı şantaj edib 9 min istədilər - DİN
1658baxış

Bərdə sakinlərindən hədə-qorxu gələrək pul tələb edən şəxslər tutulub.

DİN-dən KİV-ə verilən məlumata görə, Bərdə RPŞ-nin əməkdaşları tərəfindən aprelin 2-də Fərhad Məmmədova və qardaşı Ədalətə hədə-qorxu gəlib 9000 manat tələb etməkdə şübhəli bilinən rayon sakini Nursani Hüsiyev və Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Elnur Quliyev saxlanılıblar.

Şəxsi axtarış zamanı N.Hüsiyevdən 6,32 qram heroin və 3,18 qram marixuana, E.Quliyevdən 5,98 qram heroin götürülüb.

Mediapress.az