\
25 Noyabr 2024 - Bazar ertəsi

Bakıda iki ərəb turistin ölümünə səbəb olan taksi sürücüsü 6 il azadlıqdan məhrum edilib...

Bakıda iki ərəb turistin ölümünə səbəb olan taksi sürücüsü 6 il azadlıqdan məhrum edilib...
1786baxış

Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Elçin Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Mediapress.az-in xəbərinə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı Fəhmin Hümbətov çıxış edib. O, təqsirləndirilən şəxsin cinayətinin məhkəmə istinaqı zamanı sübuta yetirildiyini deyərək, E. Məmmədovun 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.Prosesdə vəkil müdafiə nitqi ilə çıxış edib və E. Məmmədov son söz deyib.