Xocalı polisi karantin qaydalarını pozan şəxsləri saxlayıb - FOTOLAR
Xocalı polisi karantin qaydalarını pozan şəxsləri saxlayıb.
Mediapress.az xəbər verir ki, rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində rayonun Buzluq kəndində istirahət üçün gələn Goranboy rayon Qızılhacılı kənd sakinləri Səlimli Səlim Daşqın oğlu, Paşayev Arzu İlqar oğlu, Verdiyev Əfqan Mübariz oğlu və Cəfərov Fərid İlqar oğlunun xüsusi qarantin rejimini kobud şəkildə pozub və yaşayış yerlərini tərk etmələri ilə yanaşı yeyib-içmək məclisi təşkil ediblər.
Həmin şəxslər saxlanılaraq Xocalı rayon Polis Şöbəsinə gətirilib. Aparılan reyd göstərdi ki, hələ də bütün maarifləndirici tədbirlərə baxmayaraq, karantin qaydalarını pozan, dövlətin qanunlarına əməl etməyən koronavirus xəstəliyinin yayılmasına şərait yarada biləcək hallar qeydə alınır.
Virusla mübarizə istiqamətində hüquq-mühafizə orqanı əməkdaşları isə bir daha xəbərdarlıq edir: Nazirlər Kabineti Yanında Operativ Qərargahın tətbiq etdiyi sərt qarantin rejiminə əməl etməyən şəxslər məsuliyyətə cəlb olunacaq.