\
25 Noyabr 2024 - Bazar ertəsi

Tovuz sakini ov tüfəngindən açılan atəşlə dünyasını dəyişdi - İntihar, yoxsa ehtiyatsızlıq?

Tovuz sakini ov tüfəngindən açılan atəşlə dünyasını dəyişdi - İntihar, yoxsa ehtiyatsızlıq?
1654baxış

Tovuz rayonunda növbəti ölüm hadisəsi qeydə alınıb. Tovuz RPİ-dən Mediapress.az-a verilən məlumata görə, rayonunun Balaşamlıq kəndinin sakini, 1976-cı il təvəllüdlü Əhməd Məmmədovun ayaq və kəllə nahiyəsinə ov tüfəngindən atəş açılıb. Yaralı Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda keçinib. İlkin araşdırmaların nəticəsinə görə, hadisə silahla ehtiyatsız davranıldığından baş verib.

Tovuz RPŞ-nin əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan “TOZ” markalı ov tüfəngi götürülüb. Hadisənin intihar və ya qəza olduğu araşdırılır.

Mediapress.az