DİN Şahbaz Xuduoğlunun iddialarına münasibət bildirib
Polis əməkdaşları Bakıda "Qanun" nəşriyyatında karantin qaydalarına əməl edilib-edilməməsi ilə bağlı yoxlama aparıb.
Nəşriyyatın direktoru Şahbaz Quduoğlu buna etiraz edib.
O, polisin bu cür yoxlama aparmasını qanunsuz hesab edib.
DİN-in Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov "Report"a açıqlamasında deyib ki, burada qanunsuz nəsə yoxdur:
"Xüsusi karantin rejiminə nəzarət 5 aydır ki, polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən həyata keçirilir.
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarları ilə bütün qapalı məkanlarda, sərnişin avtobuslarında və digər yerlərdə insanların tibbi maskadan istifadə etməsinə, ara məsafəsinin saxlanmasına nəzarəti həyata keçirən polis əməkdaşları bütün qapalı məkanlara daxil olaraq qaydalara riayət edilib-edilmədiyini yoxlayır və qanunvericilkdə nəzərdə tutulmuş müvafiq tədbirlər görür.
Şahbaz Xuduoğlunun rəhbər olduğu nəşriyyat da qapalı məkandır və kifayət qədər insan işləyir. Polis əməkdaşları da Nazirlər Kabinetinin qərarına uyğun olaraq vəzifəsinin icrasını təmin etmək məqsədilə həmin məkana daxil olub və qaydalara riayət edib-etməmələrini yoxlayıb.Tövsiyələrini verərək, oranı tərk ediblər. Ancaq Şahbaz Xuduoğlu Nazirlər Kabinetinin qərarlarını bilərəkdən və ya bilməyərəkdən polis əməkdaşlarının onun nəşriyyatına qanunsuz gorməkdə günahlandırır. Ancaq bu, belə deyil, polis əməkdaşları sırf öz xidməti vəzifələrini yerinə yetiriblər".