Həyat yoldaşını bıçaqlayan şəxs həbs edilib
Avqustun 15-də saat 6 radələrində Abşeron rayon sakini Şəhanə Məmmədovanın bıçaqlanaraq xəsarətlər alması barədə rayon Abşeron rayon prokurorluğuna məlumat daxil olub.
Abşeron rayon prokurorluğundan KİV-ə verilən məlumata görə, dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Aparılmış araşdırmalarla zərərçəkmişin əri Baba Məmmədovun qısqanclıq zəmnində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirməklə Şəhanə Məmmədovanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.